23 
Mar
2023
10:26
278
12
1831
Virtual karabakh

İran vətəndaşından narkotik alıb Daşkəsəndə satmaq istəyən şəxs saxlanılıb - FOTO

23 Mar, 2023
10:26
1831

İran vətəndaşından narkotik alıb Daşkəsəndə satmaq istəyən şəxs saxlanılıb - FOTO

Daşkəsəndə narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Belə ki, Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədilə narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən, Daşkəsən rayon sakini, əvvəllər Azərbaycanda və Rusiya Federasiyasında dəfələrlə məhkum olunmuş Elçin Bayramov saxlanılıb.

Şübhəli şəxsin üzərinə baxış keçirilən zaman müxtəlif bükümlərdə və külli miqdarda narkotik maddə olan metamfetamin, heroin, tiryək və marixuana aşkar edilərək götürülüb.

Dindirilmə zamanı saxlanılan şəxs narkotik vasitələri sosial şəbəkələr vasitəsilə İran vətəndaşından satmaq məqsədilə əldə etdiyini bildirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri