23 
Mar
2023
14:56
30
237
5432
Virtual karabakh

Gömrükdən qanunsuz keçirilən brend geyim əşyaları aşkar olunub - FOTO

23 Mar, 2023
14:56
5432

Gömrükdən qanunsuz keçirilən brend geyim əşyaları aşkar olunub - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gömrükdən qanunsuz keçirilən brend geyim əşyaları aşkar olunub.

Dövlət Gömrük Komitəsindən verilən xəbərə görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı Beynəlxalq Hava Limanın “CIP” zalından gömrük nəzarət zonasını tərk etmək istəyərkən ona məxsus əl yükləri gömrük yoxlamasına cəlb edilib.

Yoxlama zamanı əl yüklərindən gömrük orqanına şifahi, yazılı və ya elektron qaydada bəyan edilməyən müxtəlif markalı brend geyim əşyaları, 1 ədəd “Cartier” markalı qol saatı, 175 qram zərgərlik məmulatları və digər mallar aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri