23 
Mar
2023
15:20
10
300
6943
Virtual karabakh

Qəbiristanlıqdan qayıdan şəxsin qarşısını kəsdilər, qəfil öldü

23 Mar, 2023
15:20
6943

Qəbiristanlıqdan qayıdan şəxsin qarşısını kəsdilər, qəfil öldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Neftçala rayonunda qəbiristanlıqdan qayıdan şəxs qəfil vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Mirzəqurbanlı kəndində baş verib.

Kənd sakini Bilal Quliyev bayramla əlaqədar qəbiristanlığa gedərək həyat yoldaşının məzarını ziyarət edib. Geri qayıdarkən həmkəndlisi Ramiz Mustafayev onun qarşısını kəsib və barmağındakı üzüyü verməsini tələb edib. Bundan sonra B.Quliyev isterik şok vəziyyətində rayon xəstəxanasına müraciət edib. O, həmkəndlisi R.Mustafayevin ağacla ona zərbələr endirdiyini bildirib. Lakin müayinə zamanı B.Quliyevin bədənində xəsarət izləri aşkar edilməyib.

Xəstəxanadan evə qayıdan şəxs gecə saatlarında qəfil vəfat edib.

Faktla bağlı Neftçala Rayon Prokurorluğunda araşdırma aparılır. Hadisəni törədən Ramiz Mustafayevin ruhi-əsəb xəstəliyindən əziyyət çəkdiyi bildirilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri