23 
Mar
2023
14:10
172
72
2643
Virtual karabakh

Cavanşir Məmmədov: “Şou-biznesə sənətdən xəbəri olmayan o qədər lazımsız insan gəlir ki...”

23 Mar, 2023
14:10
2643

Cavanşir Məmmədov: “Şou-biznesə sənətdən xəbəri olmayan o qədər lazımsız insan gəlir ki...”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Dağ boyda insanı itirdik”.

Oxu.Az xəbər verir ki, bu sözləri mərhum televiziya prodüseri, rejissor Oqtay Əliyevlə vida mərasimi zamanı müğənni Cavanşir Məmmədov deyib.

C.Məmmədov Oqtay Əliyev kimi dəyərli şəxsin yerinin dolmayacağını bildirib:

“Xalqımızın başı sağ olsun. Elə adamların yeri dolmur. İki ay əvvəl bir yerdə idik. Xəstəliyi olmayıb”.

Cavanşir Məmmədov sənətdən xəbəri olmayanlara görə, hər kəsin ürək xəstəliyindən əziyyət çəkdiyini əlavə edib:

“Biz hamımız ürək xəstəsiyik. Şou-biznesə sənətdən xəbəri olmayan o qədər lazımsız insan gəlir ki. Özlərini apara bilmirlər. Heyif Oqtay kimi dəyərli sənət adamından. Çox yardımsevər idi. Ruhu şad olsun”.

Nəzrin Vahid

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri