23 
Mar
2023
19:16
18
260
1316
Virtual karabakh

Azərbaycana əczaçılıq məhsullarının idxalı 24% artıb

23 Mar, 2023
19:16
1316

Azərbaycana əczaçılıq məhsullarının idxalı 24% artıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cari ilin yanvar-fevral ayları ərzində Azərbaycana 148 milyon 277,61 min dollar dəyərində əczaçılıq məhsulları idxal edilib.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 24% və ya 28 milyon 770 min dollar çoxdur. 2022-ci ilin yanvar-fevral aylarında Azərbaycana 119 milyon 507.28 min dollar dəyərində əczaçılıq məhsulları idxal edilib.

Qeyd edək ki, hesabat dövründə idxal edilən əczaçılıq məhsullarının dəyəri Azərbaycanın ümumi idxalının 5,59%-ni təşkil edib. Xatırladaq ki, ötən ilin müvafiq dövründə əczaçılıq məhsullarının idxalı Azərbaycanın ümumi idxalının 6,06%-nə bərabər olub.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri