23 
Mar
2023
20:08
10
308
3822
Virtual karabakh

Şamaxıda ölümlə nəticələnən ağır qəza oldu

23 Mar, 2023
20:08
3822

Şamaxıda ölümlə nəticələnən ağır qəza oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şamaxı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, bu gün Şamaxı rayonunun Quşçu kəndi ərazisində “Mercedes” markalı avtomobilin sürücüsü Elgün Nəbiyevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü və avtomobildəki sərnişin 1973-cü il təvəllüdlü Ağsu şəhər sakini Arif Əliyev rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Göstərilən tibbi yardımlara baxmayaraq A. Əliyev vəfat edib.

Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri