24 
Mar
2023
14:25
10
297
1886
yuxarı
Bərdədə sürücü piyadanı vuraraq öldürdü
24 Mar, 2023
14:25
1886
10
297
Bərdədə sürücü piyadanı vuraraq öldürdü
Bərdə rayonunda avtomobilin vurduğu piyada xəstəxanada ölüb.
“Report” xəbər verir ki, martın 22-də 1994-cü il təvəllüdlü İsmayıl Ərşadlı idarə etdiyi “Khazar SD” minik markalı avtomobillə rayonun Alpoud kəndindən Bərdə şəhəri istiqamətində hərəkətdə olarkən yolun 8-ci kilometrliyində öz hərəkət zolağında piyada, Bərdə rayonu, Yeni Əyricə kənd sakini, 1997-ci il təvəllüdlü İsrayıl Əmirovu vurub.
Xəsarət alan İ.Əmirov Bərdə Müalicə və Diaqnostika Mərkəzinə aparılıb. O, martın 23-də həmin xəstəxanada ölüb.
Faktla bağlı Bərdə RPŞ-də Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək