24 
Mar
2023
16:51
60
237
6139
Virtual karabakh

Dostları Oqtay Əliyevin “Yeni ulduz”la bağlı arzusunu gerçəkləşdirəcəklər

24 Mar, 2023
16:51
6139

Dostları Oqtay Əliyevin “Yeni ulduz”la bağlı arzusunu gerçəkləşdirəcəklər

Xalq artisti Mübariz Tağıyev verilişlərin birində mərhum Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevin gələcək planlarından danışıb.

Axşam.az-ın məlumatına görə, Mübariz Tağıyev O.Əliyevin məşhur “Yeni ulduz” layihəsini yenidən etməyi planlaşdırdığını bildirib:

“Oqtay mənim üçün dost yox, həm də qohum kimi idi. Baxmayaraq ki, aramızda yaş fərqi var, bir məhəllədə böyümüşük, bir məktəbdə oxumuşuq. Valideynlərimiz çox yaxın olublar. Yaş gedir, dostlarımı itirirəm. Oqtay mənə yaxın idi, gənc yaşda getməyi mənə təsir etdi. Dilarə nə haldadır... Anası, atasından danışmıram, necə bir vəziyyət yaranmışdı. Bunları gördüm, dəhşət idi.

“Yeni ulduz”dan danışmışdıq. Deyirdi ki, yeni formatda edəcəyəm. Bu layihəni başqa cür görürəm artıq. Çox danışmayacağam. Çünki biz dostları onun bu istədiyini həyata keçirəcəyik”.

Aparıcı Vüsalə Əlizadə isə mərhumla Aygün Kazımovanın ad günündə danışdıqlarını qeyd edib:

“Biz Aygün xanımın repertuarından mahnı oxuduq. Qayıtdı ki, bizim uşaqlar böyüyüb, necə gözəl performanslar göstərirlər. Dedi ki, Novruz bayramından sonra bunu edəcəyəm. Mütləq olacaq”. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri