24 
Mar
2023
13:32
176
26
3482
Virtual karabakh

DYP “Qarabağ” - “Qalatasaray” oyunu ilə bağlı azarkeşlərə müraciət etdi

24 Mar, 2023
13:32
3482

DYP “Qarabağ” - “Qalatasaray” oyunu ilə bağlı azarkeşlərə müraciət etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (DYP) martın 26-da keçiriləcək “Qarabağ” - “Qalatasaray” oyunu ilə bağlı azarkeşlərə müraciət edib.

Qurumun baş inspektoru Araz Əsgərlinin verdiyi məlumata görə, müraciətdə azarkeşlərdən ictimai nəqliyyatdan, xüsusilə ayrılmış ekspress marşrutlardan istifadə etmələri xahiş olunub.

Qeyd olunub ki, azarkeşlər oyundan 1 saat əvvəl “Bakı Olimpiya Stadionu”una gəlməli, ictimai asayişi qorumalı, digər vətəndaşlara maneə yaratmamalıdırlar.

DYP “Qarabağ”a oyunda uğurlar arzu edib, hər kəsi iki qardaş ölkənin yoldaşlıq oyunundan zövq almağa çağırıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri