27 
Mar
2023
22:32
111
360
1649
Virtual karabakh

BQXK-ya və sülhməramlılara məxsus maşınlar Xankəndi yolunda maneəsiz hərəkət ediblər - YENİLƏNİB + FOTO/VİDEO

27 Mar, 2023
22:32
1649

BQXK-ya və sülhməramlılara məxsus maşınlar Xankəndi yolunda maneəsiz hərəkət ediblər - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus  34 avtomobil karvanının hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.  

"Report"un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz hərəkəti təmin olunub.  

Belə ki, aralarında minik, təminat və təchizat avtomobilləri olmaqla ümumilikdə 33 nəqliyyat vasitəsi Laçından Xankədi istiqamətinə maneəsiz hərəkət edib. 

Bu isə bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.  

Daha əvvəl isə 1 minik maşını eyni istiqamətə keçid edib. 

Bununla da bu gün bu dəqiqələrə qədər Xankəndi-Laçın yolunda hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 79-a çatıb.

17:38

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha yeddi avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.  

“Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz hərəkəti təmin olunub.  

Bu isə bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.  

Bununla da bu gün bu dəqiqələrə qədər Xankəndi-Laçın yolunda hərəkət edən Rusiya sülhməramlılarına və BQXK-ya məxsus avtomobillərin sayı 41-ə çatıb.

12:19

Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus ümumilikdə 2 avtomobilin hərəkət etməsinə şərait yaradılıb.

“Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, iki minik avtomobili Xankəndidən Laçın istiqamətinə keçid ediblər.

Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus 32 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.  

Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur.

08:32

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 106 gündür davam edir.

“Report”un hazırda ərazidə olan əməkdaşı xəbər verir ki, aksiya iştirakçıları ötən gecə boyu da yüksək fəallıq nümayiş etdiriblər.

Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində gecə boyu da heç bir insident baş verməyib.

Həmişə olduğu kimi, etirazçılar bu səhəri də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar.

Onlar etirazlarını yüksək əhvali-ruhiyyə ilə davam etdirirlər.

Eyni zamanda ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər.

Aksiya iştirakçılarının tələbləri ilk gündən olduğu kimi, dəyişməz olaraq qalır.

Etirazçılar aksiyanın keçirildiyi ilk gündən etibarən dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar.

Belə ki, ekofəallar və gənc könüllülər “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Берегите природу!”, “Экоциду нет! Мониторингу да!” şüarlarını səsləndirirlər.

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

Dekabrın 16-da Rusiya sülhməramlılarının qərargahında növbəti görüş keçirilib. Ancaq monitorinq qrupunun yataqlara yerində baxış keçirməsinə növbəti dəfə lazımi şərait yaradılmayıb və qarşıya qoyulan vəzifələrin icrasına nail olunmayıb.

2022-ci il dekabrın 12-dən etibarən isə etiraz aksiyası başlayıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri