27 
Mar
2023
09:56
19
105
1193
Virtual karabakh

Bayram tətilindən itirənlər və qazananlar: Bəzi sərnişinlər bilet tapa bilmədilər - VİDEO

27 Mar, 2023
09:56
1193

Bayram tətilindən itirənlər və qazananlar: Bəzi sərnişinlər bilet tapa bilmədilər - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gəncə Beynəlxalq Avtovağzalında bayram tətilinin son günündə canlanma müşahidə olunub.

Xezerxeber.az xəbər verir ki, sıxlıq olmasına baxmayaraq, sərnişinlər ciddi çətinliklə üzləşmədiklərini deyiblər. Çünki biletləri əvvəlcədən kassadan alıblar. Yeni istifadəyə verilən mobil tətbiq vasitəsilə onlayn bilet alanların da artması vəziyyəti bir qədər asanlaşdırıb.

Bayram tətili bitdiyi üçün regionlardan Lənkərana gələn qonaqlar paytaxtla yanaşı, digər rayon və şəhərlərə qayıdıblar. Bunun üçün avtovağzaldan xətlər üzrə əlavə avtobuslar ayrılıb.

Şəki avtovağzalında isə son iki gündə sərnişinlərin sayında artım hiss olunub. Bakı istiqamətində tələbat çoxalıb.

Bilet satışı 10 gün əvvəl onlayn və kassadan adi qaydada təşkil olunub. Bununla belə, bəzi sərnişinlər bilet tapmadıqlarını bildiriblər.

Bilet tapa bilməyən sərnişinlər taksilərdən istifadə etmək məcburiyyətində qalıblar. Bakı istiqamətində taksi fəaliyyəti göstərən bəzi sürücülər isə qiyməti 15 manatdan 20 manata qaldırıblar.

Xezerxeber.az-ın mövzu ilə bağlı daha ətraflı videomaterialını təqdim edirik:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri