27 
Mar
2023
14:28
10
105
3674
Virtual karabakh

Bakıda avtomobil yolunun bir hissəsini kim və niyə bağlayıb? - FOTO

27 Mar, 2023
14:28
3674

Bakıda avtomobil yolunun bir hissəsini kim və niyə bağlayıb? - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Paytaxtın Nərimanov rayonu ərazisində nəqliyyatın hərəkətinə süni mane yaradılıb.

Oxu.Az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkədə paylaşılıb.

Belə ki, söhbət Əhməd Rəcəbli küçəsi ilə Təbriz küçəsinin kəsişməsindən gedir. Sözügedən kəsişmədə avtobus zolağı xüsusi maneələr vasitəsilə bağlanıb.

Adətən bu ərazi ətrafdakı bir çox restoranlar tərəfindən parklanma yeri kimi istifadə olunur, amma indi bu zolaq üzrə hərəkət, ümumiyyətlə, bağlıdır.

Avtobus zolaqlarının əhəmiyyətinə baxmayaraq, zəif nəzarət və zəbt nəticəsində avtobusların hərəkətində ləngimələr yaranır. Küçədəki obyektlər nədənsə küçə sahəsini öz mülkiyyəti hesab edirlər. 

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən (BNA) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Əhməd Rəcəbli və Təbriz küçələrinin kəsişməsində avtobus zolağının xüsusi maneələr vasitəsilə bağlanması qəbuledilməz bir haldır:

“Bu cür davranışlar yol hərəkəti qaydalarının pozulması ilə yanaşı, həm də həmin ərazidən keçən müntəzəm marşrut xətlərindən istifadə edən sərnişinlərə qarşı hörmətsizlikdir. Avtobus zolağının zəbt olunması avtobusların müəyyən olunmuş qrafik üzrə hərəkətini ləngidir.

Nəticədə gün ərzində minlərlə sərnişin lüzumsuz yerə vaxt itir, əsəb və stres yaşayır. Agentliyin müdaxiləsi nəticəsində artıq zolaq üzərində olan maneələr tamamilə aradan qalıdırılıb”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri