27 
Mar
2023
15:20
58
6
777
Virtual karabakh

Xaricdə doktorantura təhsilinə dair sənəd qəbulu aprelin 1-də yekunlaşacaq

27 Mar, 2023
15:20
777

Xaricdə doktorantura təhsilinə dair sənəd qəbulu aprelin 1-də yekunlaşacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinə dair sənəd qəbulu davam edir. Proses 1 aprel 2023-cü il tarixində yekunlaşacaq.

Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Elm və Təhsil Nazirliyi nəzdində Dövlət Proqramı İdarəetmə Qrupu nüfuzlu xarici ali təhsil müəssisələrində prioritet ixtisas istiqamətləri üzrə doktoranturaya qəbul olmağa hazırlaşan və ya hazırda təhsil alan Azərbaycan Respublikası vətəndaşlarını 2023-cü il üzrə həyata keçirilən ilk sənəd qəbulunda iştirak etməyə dəvət edir.

Proqrama müraciət üçün tələb olunan sənədlərin siyahısıelana dair ətraflı məlumat və qeydiyyat linki müvafiq keçidlərdən əldə oluna bilər.

Əlavə sual yaranarsa, FAQ/MVS və ya [email protected] elektron poçt ünvanına müraciət etmək mümkündür.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri