28 
Mar
2023
13:00
15
104
4078
Virtual karabakh

Ali Məhkəmə Vüqar Səfərli ilə bağlı qərarını açıqlayıb - VİDEO

28 Mar, 2023
13:00
4078

Ali Məhkəmə Vüqar Səfərli ilə bağlı qərarını açıqlayıb - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun həbsdə olan sabiq rəhbəri Vüqar Səfərlinin təqsirsiz olması ilə bağlı bəraət verilməsi barədə və müsadirə edilən əmlaklarının qanunsuz müsadirəsi ilə bağlı Ali Məhkəməyə verilən kassasiya şikayəti əmlaklar hissəsində təmin edilib.

Baku TV xəbər verir ki, həmin hissədə apellyasiya məhkəməsinin qərarı ləğv edilib, əmlak hissəsində araşdırılması üçün apellyasiya məhkəməsinə göndərilib. Bəraət verilməsi ilə bağlı şikayəti isə təmin edilməyib. 

Xatırladaq ki, KİVDF-nin sabiq icraçı direktoru Vüqar Səfərli Prezident İlham Əliyevin 2020-ci il aprelin 4-də imzaladığı sərəncamla vəzifəsindən azad edilib. O, 2021-ci il yanvarın 14-də həbs olunub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri