28 
Mar
2023
22:22
20
236
5417
Virtual karabakh

Atalığının Nəsibə Zeynalovaya yaşatdığı travma - VİDEO

28 Mar, 2023
22:22
5417

Atalığının Nəsibə Zeynalovaya yaşatdığı travma - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Baku TV-də yayımlanan “Retro Baku” verilişinin növbəti buraxılışı Xalq artisti Nəsibə Zeynalovaya həsr olunub.

“Qaynana” kimi sevilən N.Zeynalova 20 aprel 1916-cı ildə Bakıda dünyaya gəlib. Atası Kərbəlayi Cahangir tanınmış tacir və aktyor idi.

Onun ən böyük arsuzu övladını səhnədə görmək olub. Lakin bu, ataya nəsib olmayıb.

1918-ci ilin mart ayında C.Zeynalov ailəsi ilə İrana yollanıb. Sentyabrda Bakıya qayıdanda gəmidə yatalaq xətəliyinə tutulub və qısa müddət sonra vəfat edib. Həmin vaxt Nəsibənin iki yaşı olub.

Azərbaycanda Sovet hökuməti qurulanda C.Zeynalovun mülklərini, bütün sərvətini müsadirə edirlər. Anası ilə tək qalan Nəsibəni mülklərdən çıxarıb zirzəmiyə yerləşdirirlər və ailənin çətin günləri bundan sonra başlayır.

Hüsniyə xanım yenidən ailə qurur. Amma ikinci dəfə ailə qurduğu adam evdə olan bir neçə dəyərli əşyanı da satır və C.Zeynalovun bütün şəkillərini, sənədlərini yandırır.

Daha ətraflı süjetdə:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri