28 
Mar
2023
23:42
27
323
4005
Virtual karabakh

FHN-dən Sumqayıtda çoxmərtəbəli binada baş verən yanğınla bağlı açıqlama - YENİLƏNİB

28 Mar, 2023
23:42
4005

FHN-dən Sumqayıtda çoxmərtəbəli binada baş verən yanğınla bağlı açıqlama - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sumqayıt şəhəri, H.Əliyev prospekti, 9-cu məhəllə, bina 9 ünvanında baş verən yanğın mühafizə olunub.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə DYMX-nın müvafiq qüvvələri dərhal hadisə yerinə çatıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində üçmərtəbəli yaşayış binasının qarşısında 3 ədəd şam ağacı qismən yanıb.

Bina yanğından mühafizə olunub.

22:47

Sumqayıtda yanğın başlayıb.

Oxu.Az-ın məlumatına görə, şəhərin “Dejurnu” adlandırılan ərazisi yaxınlığında çoxmərtəbəli binaların arxasında yanğın başlayıb.

Sakinlərin sözlərinə görə, bu dəqiqələrdə başlayan yanğının hansı səbəbdən baş verdiyi bəlli deyil.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri