29 
Mar
2023
15:40
94
29
1067
Virtual karabakh

Azərbaycanda orqan transplantasiyasını gözləyən neçə xəstə var? - AÇIQLAMA

29 Mar, 2023
15:40
1067

Azərbaycanda orqan transplantasiyasını gözləyən neçə xəstə var? - AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Donorlar anonim saxlanılır. Bu, bütün dünyada belədir. Meyit donordan orqan götürüldükdə donorun ailə üzvləri və qohumları götürülən orqanların kimə verildiyini qətiyyən bilmir. Bu məsələlər tam məxfi saxlanılır”.

Oxu.Az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” səhifəsindəki canlı yayım zamanı Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin idarə heyətinin sədri Yeganə Abbasova deyib.

Həkim qeyd edib ki, bu gün Azərbaycanda orqan transplantasiyasını gözləyən 500-ə yaxın xəstə var. 

Həkim orqan idxalı və ixracı ilə bağlı məsələyə də aydınlıq gətirib:

“Bu o zaman həyata keçiriləcək ki, meyit donorlardan orqan çıxarılmağa başlayacaq. Azərbaycan Respublikasında meyitdən çıxan orqana uyğun resipiyent yoxdursa, başqa ölkələrdən orqan istəyə biləcəyik. Əsas biz ölkəmizdə gözləmə siyahısına baxacağıq. Bizdə ehtiyac olmadığı təqdirdə orqan transplantasiyası ilə bağlı qarşılıqlı müqaviləmiz olan ölkələrə həmin orqanı ixrac edə biləcəyik. Eyni zamanda o ölkələrdən də eyni qaydada resipiyent olmayan orqanların Azərbaycan idxalı həyata keçirilə biləcək”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri