29 
Mar
2023
16:20
91
37
2617
Virtual karabakh

Səhiyyə Nazirliyində YENİLİK: Yeni komissiya yaradılacaq

29 Mar, 2023
16:20
2617

Səhiyyə Nazirliyində YENİLİK: Yeni komissiya yaradılacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Hazırda Azərbaycanda böyrək, qaraciyər, sümük iliyi, gözün buynuz qişasının köçürülməsi əməliyyatı icra olunur. Gələcəkdə bu siyahıya ürək, ağciyər və digər həyati vacib orqanların köçürülməsinin əlavə edilməsi nəzərdə tutulur”.

Oxu.Az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” səhifəsindəki canlı yayım zamanı Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin idarə heyətinin sədri Yeganə Abbasova deyib.

O bildirib ki, qohum olmayan şəxslərin donorluğuna nəzarət üçün Səhiyyə Nazirliyi nəzdində Etika Komissiyası fəaliyyət göstərəcək:

“Aidiyyəti qurumların təmsil olunacağı komissiya 5 üzvdən ibarət olacaq. Orada Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsindən, psixoloq, hüquqşünas və qeyri-hökumət təşkilatlarından olan nümayəndələrdən ibarət komissiya qərara verəcək ki, həqiqətən də bu şəxslər orqanlarını təmənnasız vermək istəyirlər, ya yox. Bu, hər hansı sui-istifadə halı olmasın deyə həyata keçiriləcək”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri