29 
Mar
2023
21:35
23
132
1457
Virtual karabakh

Şəkidə köhnə uşaq xəstəxanasında baş verən yanğın söndürüldü - YENİLƏNİB

29 Mar, 2023
21:35
1457

Şəkidə köhnə uşaq xəstəxanasında baş verən yanğın söndürüldü - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şəkidə köhnə uşaq xəstəxanasında baş verən yanğın söndürülüb.

Oxu.Az-ın məlumatına görə, hadisə “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisində, Mirzə Fətəli Axundzadə küçəsində yerləşən və hazırda istifadə edilməyən xəstəxanada baş verib.

Yanğın nəticəsində binanın yanar konstruksiyaları yanıb. Yanğının ətrafda yerləşən və yaşayış olmayan digər tikililərə keçməsinin qarşısı alınıb. Hadisə yerinə FHN-nin Şəki Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb edilib. Yanğının hansı səbəbdən baş verdiyi hələlik bilinmir.

FHN Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən qısa müddətdə söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

20:53

Keçmiş Şəki Rayon Uşaq Xəstəxansının inzibati binası yanır.

APA-nın məlumatına görə, axşam saat 19:36 radələrində Şəki şəhəri M. F. Axundov küçəsində hazırda fəaliyyət göstərməyən Şəki Rayon Uşaq Xəstəxansının inzibati binası yanır.

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 4 yanğınsöndürən maşını və şəxsi heyətləri cəlb edilib. Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri