30 
Mar
2023
12:30
26
63
1632
Virtual karabakh

Sürücülərin NƏZƏRİNƏ! Paytaxtın mərkəzi yollarından birində hərəkət məhdudlaşdırılacaq

30 Mar, 2023
12:30
1632

Sürücülərin NƏZƏRİNƏ! Paytaxtın mərkəzi yollarından birində hərəkət məhdudlaşdırılacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aprelin 2-si Bakının mərkəzi yollarından birində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. 

Bu barədə Oxu.Az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli məlumat verib. 

Bildirilib ki, 2 aprel saat 08:00-dan saat 22:00-dək Bakı şəhəri, Nərimanov rayonu, Baksol yolunda dəmir yolu xətti üzərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan vaxt kəsiyində alternativ yollardan istifadə etmələri xahiş olunur.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri