31 
Mar
2023
12:35
921
123
15595
Virtual karabakh

İran casus şəbəkəsinə qarşı əməliyyat davam edir: Daha beş nəfər saxlanıldı - YENİLƏNİB + FOTO/VİDEO

31 Mar, 2023
12:35
15595

İran casus şəbəkəsinə qarşı əməliyyat davam edir: Daha beş nəfər saxlanıldı - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda İranın casus şəbəkəsinə qarşı əməliyyatlar davam edir.

“MOUZE” “Telegram” kanalının məlumatına görə, İranın molla rejiminə xidmət edən daha bir neçə nəfər saxlanılıb.

Onlar “Müsəlman Birliyi Hərəkatı”nın üzvü Fədail Şükürov, Şəmkir sakinləri - Yavər İsmayılzadə, Anar Şöhləyev, Vüsal və İlyas adlı şəxslərdir.

Lent.az-ın əldə etdiyi məlumata görə, adıçəkilən şəxslər narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinirlər. 

09:24

Azərbaycanda İranın casus şəbəkəsinin ifşası istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

“MOUZE” “Telegram” kanalının məlumatına görə, İranın molla rejiminə xidmət edən daha bir nəfər saxlanılıb. 

Onların arasında şəbəkə üzvlərinin “ustad ruhani” kimi təqdim etdiyi, Neftçala rayonundan olan Siyasət Bağırov da var.

Lent.az-ın əldə etdiyi məlumata görə, S.Bağırov narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilir.

Qeyd edək ki, dünən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində üç iranpərəst dindar saxlanılıb. 

Onlar - Şeyx İmran Ələsgərov, Alik Aslanov və Nicat Ağayevdir. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri