31 
Mar
2023
14:00
15
131
2043
Virtual karabakh

Bakıda xeyir-şər evi zəbt edilib? - VİDEO

31 Mar, 2023
14:00
2043

Bakıda xeyir-şər evi zəbt edilib? - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Nərimanov rayonu, Qarabağ küçəsi 73-cü və 75-ci binaların həyətində yerləşən xeyir-şər evinin zəbt edildiyi iddia olunur.

Xezerxeber.az-ın məlumatına görə, məhəllə sakinləri iddia edirlər ki, 6 aydır mərasim keçirmək üçün nəzərdə tutulan tikilidən istifadə edə bilmirlər.

Sakinlər deyirlər ki, 1972-ci ildən mərasim evi kimi istifadə etdikləri xeyir-şər evi qonşu qadın tərəfindən zəbt olunub. İddialara görə, yeni qonşu təmizlik işləri görmək adı ilə xeyir-şər evinin açarını alıb və geri qaytarmır.

Bina sakinləri iddia edirlər ki, xeyir-şər evinin açarını götürən qadın oranı idman zalı kimi icarəyə vermək istəyir.

Biz də mərasim evinin icarəyə verildiyi iddia edilən Asiya Əsgərovanın qapısını döydük.

O, 2014-cü ildən sözügedən məhəlləyə köçdüyünü deyib və bir ildir xeyir-şər evində təmir apardığını bildirib. O, işlər tam başa çatmadığından açarı qonşulara vermədiyini söyləyib.

Asiya Əsgərova söz verib ki, xeyir-şər evi tam təmir olunduqdan sonra istifadəyə veriləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri