31 
Mar
2023
13:26
52
150
1495
Virtual karabakh

“Azəriqaz”: “Üç ayda 547 əməkdaşımıza töhmət vermişik”

31 Mar, 2023
13:26
1495

“Azəriqaz”: “Üç ayda 547 əməkdaşımıza töhmət vermişik”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bu ilin üç ayı ərzində SOCAR “Azəriqaz” İstehsalat Birliyinin 547 əməkdaşına töhmət verilib”.

APA xəbər verir ki, bunu “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev “Açıq qapı” aksiyası çərçivəsində jurnalistlər və QHT nümayəndələri ilə keçirilən görüşdə deyib.

Onun sözlərinə görə, bu tədbirlər abonentlərin məmnunluğunu təmin etmək məqsədi daşıyır.

“Bizim məqsədimiz abonent məmnunluğuna nail olmaqdır. Əgər kimsə abonentlərin məmnunluğu yolunda bizə mane olacaqsa, onları inzibati qaydada tənbeh, islah edəcəyik ki, abonentə qarşı daha adekvat, demokratik, daha xidmətkar olsun. Bizim məqsədimiz, amalımız yalnız bundan ibarətdir”, - deyə Eldəniz Vəliyev vurğulayıb.

Qeyd edək ki, hazırda “Azəriqaz” İB-nin abonentlərinin sayı 2,5 milyona çatıb.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri