31 
Mar
2023
17:44
173
11
1025
Virtual karabakh

31 Mart Soyqırımı ilə əlaqədar silsilə anım tədbirləri keçirilib - FOTO

31 Mar, 2023
17:44
1025

31 Mart Soyqırımı ilə əlaqədar silsilə anım tədbirləri keçirilib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən Azərbaycan Ordusunun birlik, birləşmə, hərbi hissə, xüsusi təyinatlı təhsil müəssisələrində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar silsilə anım tədbirləri keçirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Anım mərasimlərində əvvəlcə ümummilli lider Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olanların və soyqırımı qurbanlarının xatirələri bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirlərdə qeyd olunub ki, 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, həmçinin Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri tərəfindən azərbaycanlılar kütləvi şəkildə vəhşicəsinə qətlə yetirilib. Ulu öndər Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Fərmanı ilə hər il mart ayının 31-nin Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd olunmasının əhəmiyyəti xüsusi vurğulanıb.

Çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin, eləcə də Heydər Əliyev Fondunun ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımı dəhşətlərinin dünyaya tanıdılması istiqamətində həyata keçirdiyi məqsədyönlü tədbirlərdən danışıblar.

Anım tədbirlərində ədəbi-bədii kompozisiyalar, fotosərgilər, sənədli filmlər nümayiş etdirilib.

Hərbi qulluqçular tərəfindən soyqırımı qurbanlarının abidələri ziyarət olunub, ictimai-siyasi hazırlıq dərslərində mövzuya dair mühazirələr oxunub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri