Apr
2023
11:11
231
26
8192
Virtual karabakh

Nazirliyin idarə rəisi döyülüb?

1 Apr, 2023
11:11
8192

Nazirliyin idarə rəisi döyülüb?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisinin döyüldüyü iddia edilib.

Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, idarə rəisi döyülüb, ağır xəsarətlər alıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, qeyd olunan məsələ barədə Mingəçevir Şəhər Polis Şöbəsinə müraciət daxil olmayıb:

“Amma sosial şəbəkələrdə yayılan iddialarla bağlı araşdırmalara başlanılıb. Tofiq Əsgərov ilkin ifadəsində yıxılaraq xəsarət aldığını bildirib. Hazırda müvafiq ekspertiza təyin olunub və şöbənin Təhqiqat bölməsində araşdırmalar davam etdirilir”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri