Apr
2023
12:02
103
14
1307
Virtual karabakh

Bakı Dövlət Sirkinin truppası xüsusi proqramla çıxış edib - FOTO

1 Apr, 2023
12:02
1307

Bakı Dövlət Sirkinin truppası xüsusi proqramla çıxış edib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Dövlət Sirkinin truppası DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində xüsusi proqramla çıxış edib.

Tədbir 1 aprel - Ümumdünya Gülüş Günü münasibətilə Mərkəzin ənənəvi olaraq hər həftənin şənbə günü həyata keçirdiyi “Kino həftəsi” layihəsi çərçivəsində baş tutub. Bakı Dövlət Sirkinin milli truppası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin qonaqları olub.

Qonaqlar səfər çərçivəsində sirk nömrələrini  benefisiarlar üçün nümayiş etdiriblər. Çarli Çaplin, kloun, jonqlyor, pəhləvan və illüzionistin çıxışları benefisiarların marağına səbəb olub. Tədbirə əlilliyi olan, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum 40-a yaxın uşaq və yeniyetmə cəlb edilib.

Qeyd edək ki, Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və qızları Leyla Əliyevanın iştirakı ilə 2021-ci ilin oktyabr ayında açılışı olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin Cənubi Qafqazda kifayət qədər çoxşaxəli fəaliyyətə malik ilk ən böyük inklüziv məkandır. Hazırda bu unikal məkanda 168 benefisiar 14 fəaliyyət istiqaməti üzrə təlimlərə cəlb olunub. Təlimlərə cəlb olunan həssas qruplara aid şəxslərin bacarıq və yaradıcılıq potensiallarının inkişaf etdirilməsi ilə yanaşı, fərdi inkişaf planları əsasında onlarla bağlı kompleks reabilitasiya işləri də aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri