13 
Apr
2015
15:18
54
208
6747
Virtual karabakh

Gallup: Azərbaycanlıların 54 faizi dinə inanmır

13 Apr, 2015
15:18
6747

Gallup: Azərbaycanlıların 54 faizi dinə inanmır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qlobal sorğunun nəticələri açıqlandı.

Nüfuzlu Gallup Beynəlxalq Tədqiqat Mərkəzi (WIN-Gallup International Association) ictimai rəy üzrə qlobal sorğunun nəticələrini açıqlayıb. Hər bir ölkədə min nəfər sorğuda iştirak edib. Sosioloqlar sorğuda iştirak edənlərdən onların dindar olub olmamalarını soruşub. Nəticələr gözlənilən, eyni zamanda təəccüblü olub. 

Oxu.Az xəbər verir ki, sorğunun nəticələrinə əsasən, Azərbaycanda respondentlərin 34%-i özlərini inanclı hesab edib. 54%-i isə özlərini inanclı hesab etmirlər, 0% özlərini tam ateist hesab edib, 13% isə cavab verməkdə çətinlik çəkib. 

Daha çox inanclı Qanada (əhalinin 96%-i), Nigeriya (93%), Ermənistan (92%), Fici (92%), Makedoniya (90%), Rumıniya (89%), İraq (88%), Keniya (88%), Peru (86%), Braziliya (86%), Gürcüstan (84%), Pakistan (83%), Moldova (83%), Kolumbiyada (83%) yaşayır. 

Ümumilikdə 57 ölkədə 52 min insan sorğuda iştirak edib. 

“Din bizim gündəlik həyatda dominantlıq etməkdə davam edir və biz görürük ki, özlərini dindar hesab edənlərin ümumi sayı əslində olduqca çoxdur”, sorğunun nəticələrini şərh edən Gallup Beynəlxalq Tədqiqat Mərkəzinin prezidenti Jan-Mark Lecer deyib. 
 
www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri