Apr
2023
12:22
23
66
1046
Virtual karabakh

Aqrar sığorta üzrə ekspert sertifikatı almaq istəyənlər imtahan veriblər

2 Apr, 2023
12:22
1046

Aqrar sığorta üzrə ekspert sertifikatı almaq istəyənlər imtahan veriblər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dövlət İmtahan Mərkəzi (DİM) aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyənlər üçün test imtahanı keçirib.

Bu barədə Oxu.Az-a DİM-dən bildirilib.

İmtahan kompüter vasitəsilə 1 saat 30 dəqiqə müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Namizəd tərəfindən imtahan yekunlaşdırıldıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda namizədə imtahanın nəticələrinə dair arayış təqdim olunub.

İmtahanda 51 nəfər iştirak edib. 30 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb. 18 nəfər kənd təsərrüfatı bitkilərinin və bitkiçilik məhsullarının sığortası üzrə, 10 nəfər kənd təsərrüfatı heyvanlarının və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanların sığortası üzrə, 2 nəfər isə akvakultura məhsullarının sığortası üzrə müstəqil ekspert sertifikatı əldə edib.

İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası 3-5 aprel tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299) fəaliyyət göstərəcək.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri