Apr
2023
15:34
29
334
3066
Virtual karabakh

Bakıda 20 yaşlı qız yenidən itkin düşdü

2 Apr, 2023
15:34
3066

Bakıda 20 yaşlı qız yenidən itkin düşdü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda 20 yaşlı qız yenidən itkin düşüb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Bildirilib ki, Xəzər rayonu Binə qəsəbəsində yaşayan N.İsmayılov Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə ərizə ilə müraciət edərək qeyd edib ki, qızı 2003-cü il təvəllüdlü Əfsanə yaşadığı evdən çıxıb, naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb.

İtkin düşən şəxsin əlamətləri: boyu 160 sm, gözlərinin rəngi qəhvəyi, saçları qara.

Əfsanə İsmayılova barəsində hər hansı bir məlumatı olan şəxslərin Xəzər Rayon Polis Şöbəsinin 3-cü Polis Şöbəsinə - 055-211-81-74, 051-571-03-11, 050-257-55-55 012-590-72-03 və 012-456-03-02 telefon nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

Qeyd edək ki, Əfsanə İsmayılova bir neçə ay əvvəl də evdən çıxaraq naməlum istiqamətdə getmiş və itkin düşmüşdü. Həmin vaxt 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən axtarışlar nəticəsində onun yeri müəyyən edilmiş və Əfsanə tapılaraq ailəsinə təhvil verilmişdi.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri