Apr
2023
16:43
19
114
1040
Virtual karabakh

Ölkədə COVID-19 əleyhinə peyvənd olunanların sayı AÇIQLANDI - FOTO

2 Apr, 2023
16:43
1040

Ölkədə COVID-19 əleyhinə peyvənd olunanların sayı AÇIQLANDI - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 448 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 374, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 20, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 41, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 13 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 955 588, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 407 483, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 880 065, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 402 075, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 265 965 nəfər təşkil edir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri