15 
Apr
2015
17:25
19
57
13015
Virtual karabakh

Universitetlərdə imtahanların vaxtı dəyişdi – ƏMR

15 Apr, 2015
17:25
13015

Universitetlərdə imtahanların vaxtı dəyişdi – ƏMR

Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə edilib.

Təhsil naziri Mikayıl Cabbarov ali təhsil müəssisələrində 2014-2015-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının təşkili və keçirilməsi barədə əmr imzalayıb. 

Təhsil Nazirliyindən Oxu.Az-a verilən xəbərə görə, əmrə əsasən, 2015-ci ildə Bakı şəhərində I Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar paytaxtda yerləşən ali təhsil müəssisələrində yaz semestrinin imtahan sessiyasının 11 may 2015-ci il tarixində başlanılması və 31 may 2015-ci il tarixində sona çatdırılması qərara alınıb.
 
Ali təhsil müəssisələrinin rəhbərlərinə tapşırılıb ki, imtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkil olunmasını təmin etsinlər, imtahanlara buraxılacaq tələbələrin siyahısını dəqiqləşdirsinlər, rəhbərlik etdikləri ali təhsil müəssisələrində imtahan qərargahı yaratsınlar və qərargaha daxil olan hər bir şikayətin qısa müddətdə operativ şəkildə araşdırılmasını təmin etsinlər, imtahan sessiyasında şəffaflığı təmin etmək üçün imtahanlarda ictimaiyyətin və valideynlərin iştirakına şərait yaratsınlar, imtahanların təşkilində və gedişində nöqsanlara, neqativ hallara yol vermiş şəxslər barədə mövcud qanunvericiliyə uyğun tədbirlər görsünlər.
 
Ali məktəb rektorları rəhbərlik etdikləri ali təhsil müəssisəsində baş verə biləcək hər bir neqativ hala görə məsuliyyət daşıyırlar. Onlar imtahan sessiyasının təşkili, keçirilməsi və nəticələri barədə sessiya bitdikdən sonra 10 gün müddətinə Təhsil Nazirliyinə yekun hesabat verməlidirlər.
 
Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə edilib.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri