21 
Apr
2023
10:36
273
25
4656
yuxarı
Naxçıvanda bayram namazı qılınıb - FOTO
21 Apr, 2023
10:36
4656
273
25
Naxçıvanda bayram namazı qılınıb - FOTO
Azərbaycanda Ramazan ayının başa çatması münasibətilə Naxçıvan Muxtar Respublikasında bayram namazı qılınıb.
“Report”un yerli bürosu xəbər verir ki, dini ayinlər Naxçıvan şəhərindəki Sarvanlar, Came və Kazım Qarabəkir Paşa məscidlərində icra olunub.
Eləcə də bayram namazı muxtar respublikanın digər rayonlarındakı məscidlərdə də qılınıb.
Bayram namazından sonra dualar oxunub.
Qeyd edək ki, bu il Azərbaycanda Ramazan ayı martın 23-də başlayıb. Şəvval ayının 1-i (aprelin 21-i) Fitr (Ramazan) bayramıdır. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, aprelin 21-i və 22-si Azərbaycanda Ramazan bayramı qeyd edilir. Aprelin 22-si şənbə gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə uyğun olaraq, aprelin 21-24-ü iş günləri hesab edilmir.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək