20 
Apr
2015
22:06
33
78
6686
Virtual karabakh

DİN Xırdalanda məktəbli qızın qaçırılmasına münasibət bildirdi

20 Apr, 2015
22:06
6686

DİN Xırdalanda məktəbli qızın qaçırılmasına münasibət bildirdi

“Qaçırılmayıb, özü gedib”.

Daxili İşlər Nazirliyi virtualaz.org saytının 19.04.2015-ci il tarixli sayında yerləşdirilmiş “Məktəbli qızı qaçırılan anadan iddia: “Onu Dubaya satmağa aparacaqlar...” sərlövhəli yazıdakı bir çox məqamlara aydınlıq gətirib.

Oxu.Az xəbər verir ki, DİN mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə virtualaz.org saytının redaksiyasına göndərdiyi məktubda bildirir ki, Abşeron rayon sakini Təhminə Vəliyevanın qızı, 18 yaşlı Aytən Məmmədovanın (ad şərtidir) bacısı oğlu tərəfindən qaçırılması və bununla bağlı Abşeron Rayon Polis İdarəsində (RPİ) ərizəsinə baxılmadığı barədə iddiaları həqiqətdən uzaqdır.

O.Mansurzadənin sözlərinə görə, həqiqətən Abşeron rayonu, Xırdalan şəhər, Quşçuluq yaşayış massivində yaşayan Təhminə Vəliyeva 24.02.2015-ci il tarixdə Abşeron RPİ-yə ərizə ilə müraciət edərək bildirib ki, 22.02.2015-ci il tarixdə bacısı Rəna Vəliyeva və bacısı oğlu Kamran Ağamaliyev onun razılığı olmadan qızı Aytən Məmmədovanı (ad şərtidir) götürüb aparıblar: “Təhminə Vəliyevanın ərizəsi əsasında Abşeron RPİ-nin təhqiqat şöbəsində araşdırma aparılıb. Müəyyən edilib ki, ötən ilin dekabrında Rəna Vəliyeva Təhminəgilə gələrək bacısı qızı Aytəni oğlu Kamran üçün istəyib, sonuncu da öz razılığını verib, bunun təsdiqi olaraq cari ilin yanvar ayında elçilik mərasimi də keçirilib.

Lakin elçilikdən az sonra T.Vəliyeva Rənanın gələcək ailənin işlərinə müdaxilə edəcəyini əsas gətirərək qızını bacısı oğluna verməkdən imtina edib. Anasının onu başqa şəxsə ərə verəcəyini bilən qız bu barədə 22.02.2015-ci il tarixdə telefonla nişanlısı Kamran Ağamaliyevə məlumat verib, evdən getmək istədiyini bildirib. Kamran da anası ilə birlikdə xalasının yaşadığı evə gedib. Orada tərəflər arasında mübahisə yaranıb. Bu zaman Aytən anasına Kamranla ailə həyatı quracağını deyib, sonra isə nişanlısı və xalası ilə birlikdə sonuncuların yaşadıqları Masazır qəsəbəsinə yollanıb.

Yeri gəlmişkən, Aytən Məmmədova izahatında və Abşeron RPİ-yə ərizəsində də öz razılığı və istəyi ilə nişanlısı Kamranla ailə həyatı qurmaq məqsədi ilə getdiyini, anası Təhminə ilə yaşamaq istəmədiyini, hazırda Kamranla onlara məxsus olan evdə yaşadığını, nə nişanlısına, nə də onun anası Rənaya qarşı heç bir şikayət və ya tələbinin olmadığını bildirib.

Beləliklə, göstərilən xüsusatlar və cinayət-prosessual qanunvericiliyin tələbləri nəzərə alınmaqla, təhqiqat orqanı tərəfindən T.Vəliyevanın ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi barədə qərar qəbul olunub.

Araşdırma zamanı T.Vəliyevanın bacısı Rəna Vəliyeva və onun oğlu Kamran tərəfindən döyülməsi məsələsi də öz təsdiqini tapmayıb”.

www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri