22 
Apr
2015
14:44
10
4
1194
Virtual karabakh

“ASAN xidmət”dən yenilik

22 Apr, 2015
14:44
1194

“ASAN xidmət”dən yenilik

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Onlar səyyar avtobusların hərəkət trayektoriyası haqqında məlumat ala bilərlər.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tabeliyində olan “ASAN xidmət” mərkəzlərinə müraciət edən vətəndaşlar üçün yeni xidmət istifadəyə verilib.

Oxu.Az xəbər verir ki, vətəndaşlar GoMap.az (www.gomap.az) saytında “Səyyar ASAN xidmət” bölməsinə daxil olmaqla rəqəmsal xəritə vasitəsilə real vaxt rejimində səyyar avtobusların hərəkət trayektoriyası, xidmət göstərdiyi məntəqələr haqqında məlumat ala bilərlər.

Həmçinin bu məlumatı “ASAN xidmət”in www.asan.gov.az rəsmi internet səhifəsindəki “Səyyar xidmətlər” bölməsinə daxil olmaqla da əldə etmək mümkündür.

Bununla da, vətəndaşlar bu bölmələrdən faydalanaraq zamanlarının daha səmərəliliyini təmin etmiş olarlar.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri