24 
May
2023
19:50
17
392
2568
Virtual karabakh

Kürdə batan azyaşlının axtarışları davam edir - YENİLƏNİB

24 May, 2023
19:50
2568

Kürdə batan azyaşlının axtarışları davam edir - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kür çayının Şirvan şəhər ərazisindən keçən hissəsində batdığı ehtimal edilən 2010-cu il təvəllüdlü İsgəndərov Yusif Ramil oğlunun axtarışları davam edir.

“Report”un məlumatına görə, artıq bir neçə saatdır FHN-nin Kiçikhəcimli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc axtarış qrupu tərəfindən axtarışlar aparılsa da, hələ bir nəticə yoxdur.

Şirvan sakini olan azyaşlının köynəyi Kür sahilində tapıldığından onun çayda batdığı ehtimal edilir.

Faktla bağlı aidiyyati qurumlar tərəfindən araşdırmalar aparılır.

17:40

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Kür çayının Şirvan şəhərinin Bayramlı qəsəbəsi ərazisindən keçən hissəsində bir nəfər azyaşlının batması barədə ilkin məlumat daxil olub.

Bu barədə FHN-in məlumatında deyilir.

Məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri