27 
May
2023
23:50
124
15
1283
Virtual karabakh

Zaqatalada barama istehsalında vəziyyət necədir? - 200 kümçünün HƏDƏFİ

27 May, 2023
23:50
1283

Zaqatalada barama istehsalında vəziyyət necədir? - 200 kümçünün HƏDƏFİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Builki mövsümdə Zaqatala rayonunda yaş barama istehsalının 31 tona çatdırılması qarşıya məqsəd qoyulub.

Bizim.Media xəbər verir ki, bu ötənilkindən səkkiz ton çox deməkdir.

Rayon icra hakimiyyətindən verilən məlumata əsasən, bu il barama yetişdirmək üçün 200 kümçü ilə müqavilə bağlanılıb. Bu məqsədlə onlara rayondakı yaş barama qəbulu və qurutma məntəqəsində 760 qutu, yəni 14 kiloqram 440 qram inkubasiya olunmuş ipəkqurdu paylanılıb.

Hazırda təsərrüfatlarda ipəkqurdlarının son yemləmə prosesi həyata keçirilir və qarşıdakı günlərdə onlar barama sarımağa başlayacaq.

Rayonda yaş barama istehsalı ilə öndə gedən yaşayış məntəqələrindən biri Mazıx kəndidir.

Ötən il Mazıxda dörd kümçü ailəsi ipəkqurdunun bəslənməsi ilə məşğul olub. Bu ailələrə 228 qram ipəkqurdu toxumu verilib, nəticədə 578 kiloqram yaş barama istehsal edilib. Beləcə, bu dörd ailə bir ay müddətində baramaçılıqdan ümumilikdə altı min manatdan çox gəlir götürüb.

Builki mövsümə gəldikdə isə kənd üzrə doqquz kümçüyə 205 qram ipəkqurdu paylanılıb. Cari mövsümdə yaş barama istehsalının 600 kiloqramdan çox olacağı gözlənilir.

Qeyd edək ki, ötən il olduğu kimi, builki mövsümdə də istehsal olunmuş yaş baramanı “Azəripək” beş manata təhvil alacaq, dövlət isə istehsal olunan hər kiloqram yaş baramaya görə kümçülərə altı manat verir. Ümumilikdə, bir kiloqram yaş barama üçün kümçülərə 11 manat verilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri