İyn
2023
23:05
51
577
9440
Virtual karabakh

Gəncədə növbə üstündə dava düşdü: “Gözümün pərdəsini cırıb” - YENİLƏNİB + VİDEO

1 İyn, 2023
23:05
9440

Gəncədə növbə üstündə dava düşdü: “Gözümün pərdəsini cırıb” - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gəncədə növbə üstündə dava düşüb.

Belə ki, hadisə şəhərin Azərbaycan əsgəri küçəsində baş verib.

Belə ki, 48 yaşlı Emin Məmmədovla, 39 yaşlı Elçin Fərhadzadə ödəmə terminalı qarşısında növbə üstündə dalaşıblar.

“Gözümün pərdəsini cırıb”, - deyə Emin Məmmədov qeyd edib.

Daha ətraflı Baku TV-nin süjetində:

17:27

Gəncədə ödəmə terminalının qarşısında növbə üstündə dava edən Elçin Fərhadzadə barəsində həbs qətimkan tədbiri seçilib.

“Report”un Qərb bürosunun məlumatına görə, bu barədə Gəncə Şəhər Məhkəməsində qərar elan olunub.

Qərara əsasən, onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

12:51

Gəncədə ödəmə terminalının qarşısında növbə üstündə dava zamanı bir nəfərin gözünü tökən şəxs müəyyənləşdirilib.

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.

“Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər sakini Emin Məmmədovun sağ gözünün alt və üst qapaqlarının cırılmış yaraları, buynuz qişanın dəlib keçən yaralanması, möhtəviyyatın tökülməsi ilə xəsarət alması barədə məlumat daxil olub. Dərhal Baş Polis İdarəsində müvafiq araşdırmalar başlanılıb. Araşdırmalar zamanı məlum olub ki, vətəndaşa şəhər sakini Elçin Fərhadzadə aralarında yaranmış mübahisə zamanı yumruqla xəsarət yetirib”, - o bildirib.

Qeyd olunub ki, E.Fərhadzadə barəsində Cinayət Məcəlləsinin 126.1 (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

09:40

Gəncədə ödəmə terminalının qarşısında növbə üstündə dava düşüb.

“Report”un xəbərinə görə, naməlum şəxs şəhər sakini, 1975-ci il təvəllüdlü Məmmədov Emin Xeyrəddin oğlu ilə əvvəl mübahisə edib.

Daha sonra naməlum şəxs E.Məmmədovun baş nahiyəsinə yumruqla zərbə endirib. Nəticədə E.Məmmədovun göz möhtəviyyatı xaricə tökülüb.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində cinayət işi başlanılıb, istintaq aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri