İyn
2023
00:16
344
127
9017
Virtual karabakh

Bəzi ərazilərdə leysan yağış yağıb, çaylarda sululuq artıb - FAKTİKİ HAVA + YENİLƏNİB/VİDEO

2 İyn, 2023
00:16
9017

Bəzi ərazilərdə leysan yağış yağıb, çaylarda sululuq artıb - FAKTİKİ HAVA + YENİLƏNİB/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İyunun 1-i saat 23:00-a olan məlumatına əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Oxu.Az-a bildirilib ki, Daşkəsən, Göygöl, Gədəbəy, Naftalan, Şəmkir, Qəbələ, Balakən, Zaqatala, Qax, İsmayıllı, Quba, Xaltan, Qrız, Kürdəmir, Neftçalada şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Yağan yağışlarla əlaqədar bəzi çaylarda sululuq artıb.

21:46

İyunun 1-i saat 21:00-a olan məlumatına əsasən Naxçıvan, Daşkəsən, Göygöl, Gədəbəy, Gəncə, İsmayıllı, Xınalıq, Qusar, Qəbələ, Oğuz, Şəki, Quba, Xaltan, Qrız, Şahdağ, Neftçala, Yardımlıda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Milli Hidrometeorologiya Xidmətindən Oxu.Az-a verilən məlumata görə, Oğuz rayonunun Filfilli kəndinə saat 19:30-19:50 radələrində, Qəbələ rayonunun Bulud kəndinə isə saat 19:30-20:20 radələrində diametri 25-30 mm olan dolu düşüb.

Cənub-qərb küləyi arabir Ağdamda 20 m/s, Daşkəsən, İsmayıllıda 18 m/s-dək güclənib.

21:25

Qəbələ və Oğuz rayonlarına dolu düşüb

Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, iyunun 1-də saat 21.00 radələrində Oğuz rayonunun Filfilli kəndinə saat 19.30-19:50 radələrində, Qəbələ rayonunun Bulud kəndinə isə saat 19:30-20:20 radələrində diametri 25-30 mm olan dolu düşüb.

Ağdam, Daşkəsən, İsmayıllıda güçlü külək əsir.

20:48

Oğuz rayonunun Xalxal kəndinə dolu düşüb, Xalxal çayından sel keçib. 

Bu barədə Oxu.Az-a Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

Bildirib ki, iyunun 1-də saat 19.40 radələrində Oğuz rayonu Xalxal  çayından sel keçib, diametri 25-30 mm olan dolu düşüb.

 

19:52

İyunun 1-i saat 18:00-a olan məlumata əsasən, Naxçıvan, Ordubad, Daşkəsən, Göygöl, Gədəbəy, Füzuli, Laçın, Zəngilan, Ağdam, Şəki, Quba, Lerik, Yardımlı, Lənkaran, Oğuz, Astarada şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Bu barədə Oxu.Az-a Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, Daşkəsən rayonu ərazisinə saat 16:35 radələrində diametri 9, Zəngilan rayonunun dağlıq ərazilərinə diametri 5-6 mm dolu düşüb:

“Eyni zamanda Laçın rayonunun Qorçu kəndinə dolu düşüb. Şərq küləyi Salyanda arabir 20 metr/saniyəyədək güclənib. Bu gün gün ərzində bölgələrdə arabir yağışlı hava şəraiti davam edəcək. Əsasən Qazax, Gəncə, Balakən, Şəki, Quba, Qusar, Lənkəran, Astara zonasında yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal olunur. Gözlənilən yağıntılarla əlaqədar bəzi çaylarda sululuğun artacağı, dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur”.

18:83

Bu gün axşam saatlarında Oğuz rayonunun Baş Daşağıl kəndinə dolu düşüb.

Oxu.Az-ın məlumatına görə, diametri qoz iriliyində olan dolu yağışı bir neçə dəqiqə davam edib.

Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, iyunun 1-də saat 17:00-dan 17:35-dək Oğuz rayonu Baş Daşağıl kəndinə leysan yağışı ilə birlikdə güclü dolu yağıb. Dolunun diametri 25-30 mm olub.

Dolu meyvə ağaclarına və həyətyanı sahələrə ziyan vurub.

Hazırda Oğuz rayonunda qeyri-sabit hava şəraiti davam edir.

16:57

“İyunun 1-i saat 16:00-a olan məlumatına əsasən, Naxçıvan, Ordubad, Daşkəsən, Neftçala, Göygöl, Gədəbəy, Lerik, Yardımlı, Lənkəran, Astarada şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb”.

Bunu Oxu.Az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

O bildirib ki, Gədəbəy rayonu ərazisinə saat 15:12 radələrində qısamüddətli, diametri 6 mm olan dolu düşüb:

“Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 24-29, Naxçıvanda 23-27, Aran rayonlarında 28-31 dərəcə isti, dağlıq rayonlarda 23, yüksək dağlıq ərazilərdə 12 dərəcəyədək isti olub”.

14:21

“Bu gün saat 12-yə olan məlumata görə, ölkə ərazisində hava şəraiti sabit, əsasən, yağmursuzdur”.

Bunu Oxu.Az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

Onun sözlərinə görə, hazırda zəif şərq küləyi əsir:

“Mayın 31-də Göyçay rayonunda axşam saatlarında güclü külək müşahidə olunsa da, hazırda zəif şərq küləyi əsir. Havanın temperaturu 24-26 dərəcə istidir”.

O qeyd edib ki, Qəbələ, Şamaxı, Şəki, Zaqatalada dünən axşam saatlarında intensiv yağış müşahidə olunub:

“Hazırda hava yağmursuzdur. Temperatur 22-23 dərəcə istidir. Günorta saatlarında bəzi yerlərdə yağış yağacaq, Gəncə, Qazax, Balakən, Şəki, Quba və Xaçmazda yağıntıların leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal edilir. Bəzi çaylardan qısamüddətli sel keçəcəyi istisna olunmur”.

09:50

“Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti iyunun 3-ü gündüzədək davam edəcək”.

Bunu Oxu.Az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

Onun sözlərinə görə, sabah səhər saatlarına qədər yağıntılarda qısamüddətli fasilə olsa da, gündüz saatlarında arabir yağış yağacaq:

“Ayrı-ayrı yerlərdə isə yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal olunur. Qərb küləyi bəzi bölgələrdə arabir güclənəcək. Gözlənilən intensiv yağışlarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur”.

Gülşad Məmmədova hazırda respublika ərazisində müşahidə edilən faktiki hava şəraitini də açıqlayıb:

“Əvvəlcədən xəbər verildiyi kimi, şimal-qərbdən hərəkət edən soyuq atmosfer cəbhəsinin ölkə ərazisinə daxil olması nəticəsində hava şəraiti yağıntılı olub, şimşək çaxıb, dolu düşüb, güclü şimal-qərb küləyi əsib, bəzi yerlərdə isə yağıntılar leysan xarakterli, intensiv olub.

Yağan intensiv xarakterli yağışlarla əlaqədar çaylarda sululuq artıb, bəzi dağ çaylarında isə qısa müddətə sel keçib.

Bəzi rayonlarda yağıntının miqdarı 28-45 mm-dək qeydə alınıb ki, bu da aylıq normanın 50-60 faizini təşkil edir. Mayın 31-də Qazax, Şəmkir, Balakən rayonlarına dolu düşüb. Dolunun diametri 12 mm-dək qeydə alınıb. Güclü şimal-qərb küləyi bəzi bölgələrdə 24-28 metr saniyəyədək güclənib”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri