İyn
2023
13:44
6
247
2984
Virtual karabakh

Azərbaycan əhalisi televiziyalarda nə izləyir?

1 İyn, 2023
13:44
2984

Azərbaycan əhalisi televiziyalarda nə izləyir?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sosial Tədqiqatlar Mərkəzinin (STM) keçirdiyi ötən sorğularda vətəndaşların məlumat mənbələri arasında televiziyanın ilk sırada qərarlaşdığını göstərib. Bu istiqamətdə növbəti rəy sorğusundan əldə olunan nəticələr yerli, yoxsa xarici televiziya yayımlarına üstünlük verildiyini, eləcə də daha çox hansı növ proqramların izlənildiyini müəyyən etməyə imkan verib.

STM-in məlumatına görə, ümumi nəticələrə görə, respondentlərin 81,8%-i televiziya kanallarını izlədiyini, 18,2% izləmədiyini bildirib. O cümlədən, sorğuda iştirak edənlərin 69,8%-i əsasən yerli televiziya kanallarına, 12%-i xarici televiziya kanallarına üstünlük verdiyini ifadə edib.

Kənd ərazi vahidlərində yaşayan respondentlərin 87,6%-i, şəhərdə məskunlaşanların isə 77%-i televiziya kanallarını izlədiyini bildirib. Kəndlərdə yaşayan respondentlərin 93,8%-i əsasən yerli, 6,2%-i əsasən xarici kanalları izlədiyini ifadə edərkən, şəhərdə yaşayanlar üzrə bu göstəricilər 80,5% və 19,5%-ə bərabər olub.

Respondentlərin hansı növ proqramları daha çox izləməsinə gəlincə, bu barədə ardıcıllıq yerli və xarici kanal izləyiciləri üzrə fərqlənir. Yerli kanalları izləyənlər daha çox xəbər və analitika proqramlarını qeyd edərkən, xarici kanallar üzrə film və serial izləyiciləri üstünlük təşkil ediblər.

“Xəbər və analitika” cavabı ən çox yaşı 65-dən yuxarı olan, “film və seriallar”, “şou və əyləncə” cavabları daha çox orta yaş qrupu iştirakçıları tərəfindən seçilib.

“İctimai-siyasi” məzmunlu proqramlar daha çox ali təhsillilər, film və seriallar, şou və əyləncə tipli proqramlar orta təhsilli iştirakçılar tərəfindən izlənilir.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri