İyn
2023
22:00
15
207
1296
Virtual karabakh

Masallıda üç tona yaxın saxta yağ və süd məhsulları aşkarlandı

1 İyn, 2023
22:00
1296

Masallıda üç tona yaxın saxta yağ və süd məhsulları aşkarlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Masallı rayonunda 3 tona yaxın saxta kərə yağı, qaymaq və pendir aşkarlanıb.

Bu barədə Oxu.Az-a DİN-in Mətbuat Xidmətinin Cənub regional qrupundan məlumat verilib.

Bildirilib ki, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları 1976-cı il təvəllüdlü Zahid Sadıqovun rayonun Qızılağac kəndindəki evinin yardımçı təsərrüfat otağından mənşəyi məlum olmayan 2 ton 359 kq qarışıq yağ, 90 kq qaymaq və 126 kq pendir məhsulları aşkarlayıblar.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri