İyn
2023
23:19
399
45
4235
Virtual karabakh

Ölkə ərazisində yağan yağıntılar axşam saatlarından tədricən kəsilib - FAKTİKİ HAVA + YENİLƏNİB

2 İyn, 2023
23:19
4235

Ölkə ərazisində yağan yağıntılar axşam saatlarından tədricən kəsilib - FAKTİKİ HAVA + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli Hidrometeorologiya Xidmətinin iyunun 2-si saat 23:00-a olan məlumatına əsasən ölkə ərazisində yağan yağıntılar axşam saatlarından tədricən kəsilib.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, hazırda hava şəraiti sabit, əsasən yağmursuzdur.

Qeyd olunub ki, havanın temperaturu Bakıda və Abşeron yarımadasında 23-25, Aran rayonlarında 27-31, dağlıq rayonlarda 18-20 dərəcə isti olub. Bundan başqa çaylarda əsasən mühüm dəyişiklik qeydə alınmayıb.

19:13

İyunun 2-si saat 19:00-a olan məlumatına əsasən Daşkəsən, Balakən, Gədəbəy, Gəncədə şimşək çaxıb, arabir yağış yağıb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 24-27, Aran rayonlarında 28-31, dağlıq rayonlarda 17-19 dərəcə isti qeydə alınıb.

Çaylarda nisbətən sabit sululuq müşahidə olunub, lakin Kür çayının Zərdab məntəqəsində suyun səviyyəsi 5 sm, Qarasuçay-Zərdabda 3 sm, Kür-Surrada 2 sm, Kür çayının Qıraqkəsəmən məntəqəsində isə 1 sm artıb.

15:57

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin iyunun 2-si saat 15:00-a olan məlumatına əsasən, Daşkəsən, Gədəbəy, Gəncə, Lerikdə yağış yağıb, Gədəbəy rayonunun Slavyanka, Maarif, Daşbulaq, Nərimankənd və Söyüdlü kəndlərinə saat 14:30-dan 14:40-dək dolu düşüb.

Xidmətdən verilən xəbərə görə, havanın temperaturu Bakıda və Abşeron yarımadasında 26, Aran rayonlarında isə 23-27 dərəcə isti qeydə alınıb.

Respublikanın bəzi çaylarında sululuq azalıb, Qarasuçay-Zərdab çayında isə 21 sm artım müşahidə olunub.

13:38

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin iyunun 2-si saat 13:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti sabit, əsasən, yağmursuz keçib.

Xidmətdən verilən xəbərə görə, cənub-şərq küləyi əsir.

Havanın temperaturu aran rayonlarında 23-27, dağlıq rayonlarda 17-19 dərəcə isti olub.

Respublikanın bəzi çaylarında sululuq artıb. Bərgüşadçayda 28 sm, Kür çayının Qıraqkəsəmən məntəqəsində 10 sm, Kür - Zərdabda 8 sm, Kür - Surrada 3 sm, Gəncəçay - Alaxançallıda 3 sm, Qabırrı - Kəsəmən, Əyriçay - Ağyazı, Katexçay - Qəbizdərə və Bəsitçay - Rəzdərədə 1 sm artım olub.

09:40

İyunun 2-si saat 09:00-a olan məlumata əsasən iyunun 1-də gün ərzində yağan yağış gecəyə doğru tədricən kəsilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Oxu.Az-a bildirib ki, hazırda ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuzdur:

“Cənub-şərq küləyi əsir. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 20-23, Aran rayonlarında 24-26 dərəcə isti qeydə alınıb.

İyunun 2-də günün birinci yarısında ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçsə də, lakin günün ikinci yarısından başlayaraq bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Əsasən Qazax-Gəncə, Balakən-Şəki, Quba-Xaçmaz, Lənkəran-Astara zonasında yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı istisna olunmur”.

G.Məmmədovanın sözlərinə görə, ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti iyunun 3-ü gündüzədək davam edəcək.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri