İyn
2023
02:24
24
250
1137
Virtual karabakh

Əllərindən telefon düşməyən avtobus sürücüləri: Təhlükə nə vaxtadək davam edəcək? - VİDEO

3 İyn, 2023
02:24
1137

Əllərindən telefon düşməyən avtobus sürücüləri: Təhlükə nə vaxtadək davam edəcək? - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bəzi avtobus sürücüləri məişət problemlərini elə sükan arxasında olarkən telefonla həll edirlər.

“Xəzər Xəbər”in məlumatına görə, onlar avtobus hərəkətdə olarkən davamlı olaraq telefonla danışır, bəzən təhlükəli vəziyyət də yaradırlar.  

Paytaxtda fəaliyyət göstərən 12 və 51 saylı marşrut xətləri üzrə işləyən avtobuslarda mövzu ilə bağlı videogörüntülər qeydə alınıb.

Məsələyə münasibət bildirən 51 nömrəli avtobusların aid olduğu daşıyıcı şirkətin direktoru Qalib Salahov bildirib ki, həmin sürücü Musayev Novruz Xaliq oğludur. Ona əməlinə görə töhmət verilib.

12 nömrəli avtobusların aid olduğu daşıyıcı şirkətin rəhbəri Fikrət Əhmədov isə suala cavab verməyib. 

Mövzu ilə bağlı Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, sürücülərin sükan arxasında telefondan istifadə etməsi qanun pozuntusu olmaqla yanaşı, təhlükəsizlik baxımından da risk yaradır. Buna görə də sözügedən marşrut xətləri üzrə daşıyıcılara agentlik tərəfindən xəbərdarlıq ediləcək.

Daha ətraflı süjetdə:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri