İyn
2023
17:06
36
83
1295
Virtual karabakh

Şuşada kütləvi məzarlıq aşkarlanan əraziyə səfər təşkil olunub, faktlar nümayiş etdirilib - FOTO

3 İyn, 2023
17:06
1295

Şuşada kütləvi məzarlıq aşkarlanan əraziyə səfər təşkil olunub, faktlar nümayiş etdirilib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Birinci Qarabağ müharibəsində əsir və girov götürülərək öldürülən və işğal olunmuş ərazilərdə basdırılan azərbaycanlılara aid meyit qalıqlarının aşkar olunmasını əks etdirən istintaq materialları Şuşa həbsxanasının həyətində aşkarlanan kütləvi məzarlıqla bağlı çəkiliş aparan jurnalistlərə nümayiş etdirilib.

“Report”un Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, video və fotolar istintaq materialları əsasında hazırlanıb.

Kütləvi məzarlıqlarda aşkar olunan meyit qalıqlarına nəzər yetirdikdə onların əl və ayaqlarının bağlanıldığı, xüsusi amansızlıq və qeyri-insani şəraitdə qətlə yetirilərək basdırıldıqları məlum olur.

Qeyd edək ki, Şuşa şəhərində kütləvi məzarlıq aşkar edilib. Bu gün media nümayəndələri kütləvi məzarlığın aşkar olunduğu Şuşa həbsxanasının ərazisində olublar.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri