May
2015
21:00
63
36
3699
Virtual karabakh

Təhsil Nazirliyi , DYPİ , "Həyata Bağlan" İB-i birgə tədbir keçirdi - FOTO

100-ə yaxın şagird iştirak edib.

Mayın 7-də Bakıdakı 46 nömrəli Məktəbdənkənar Tərbiyə İşi Mərkəzinin uşaq şəhərciyində Təhsil Nazirliyi, DİN Baş Dövlət Yol Polisi İdarəsi və mərkəzin təşkilatçılığı ilə tədbir keçirilib. 

Oxu.Az xəbər verir ki, “Yol hərəkəti qaydaları: yadda saxla və riayət et” mövzusunda keçirilən tədbirdə Təhsil Nazirliyi və Dövlət Yol Polisinin nümayəndələri, “Həyata bağlan” qrupunun təmsilçiləri, Bakı şəhərinin məktəblərindən 100-ə yaxın şagird iştirak edib. 

Tədbirdə çıxış edənlər yol hərəkəti qaydalarını məktəb yaşlarından öyrənməyin və buna əməl olunmasının vacib olduğunu vurğulayıblar. Bildirilib ki, yol hərəkəti qaydaları ilə bağlı mütəmadi təlimlərin keçirilməsi, yol-nəqliyyat hadisələrinin profilaktikası üzrə məktəb və məktəbəqədər tərbiyə müəssisələrinin müəllimləri arasında maarifləndirici tədbirlərin təşkili uşaqların yollarda arzuolunmaz hadisələrlə üzləşməsinin qarşısını alan əsas amillərdəndir. 

Şagirdlərin ifasında yol polisi işçilərinə, yol hərəkəti qaydalarına həsr olunmuş şeirlər və mahnılar səsləndirilib. Xüsusi formalar geyinmiş məktəblilər interaktiv, öyrədici, hərəkətli və didaktik oyunlarla çıxış ediblər.

Sonda uşaqlar yol hərəkəti ilə bağlı səhnəciklər göstərərək kiçik maşınla şəhərciyi dövrə vurublar. 

FOTO: Nüsrət Abdullayev
E.Ə.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri