23 
Sen
2023
12:03
753
30
13741
Virtual karabakh

Şəhid gizirin son arzusu yerinə yetirildi - VİDEO

23 Sen, 2023
12:03
13741

Şəhid gizirin son arzusu yerinə yetirildi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən gün sosial şəbəkələrdə uşaqlıq dostu Elvin Heydərovla danışarkən videosu yayılan şəhid gizir Nəcməddin Quliyevin son arzusu reallaşdırılıb.

Belə ki, həmin videoda Nəcməddin Quliyev şəhid olmamışdan əvvəl şəhid olacağı təqdirdə hərbi qulluqçu ailəsinə verilən sığorta ödənişi hesabına Çünzəli kəndində videoda qeyd etdiyi kənddaxili yollara asfalt vurulmasını vəsiyyət etmişdi.

Video yayılan kimi dərhal Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi tərəfindən Cəlilabad rayonu “46 N-li Yol İstismarı” MMC-yə şəhid gizirin yaşadığı Çünzəli kəndinin yolunun asfaltlanması ilə bağlı tapşırıq verilib.

MMC tərəfindən bir neçə saat ərzində əraziyə lazımi texnikalar və canlı qüvvə səfərbər edilib, asfaltlanma işləri icra olunaraq yekunlaşdırılıb.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri