25 
Sen
2023
09:36
125
7
1937
Virtual karabakh

Azərbaycanlı mütəxəssis Beynəlxalq Valyuta Fondunda yüksək vəzifəyə təyin olunub

25 Sen, 2023
09:36
1937

Azərbaycanlı mütəxəssis Beynəlxalq Valyuta Fondunda yüksək vəzifəyə təyin olunub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Maliyyə Nazirliyinin Aparatının Ortamüddətli Xərclər Çərçivəsinin Hazırlanması Mərkəzinin direktor müavini Rəşad Həsənov Beynəlxalq Valyuta Fondunun (IMF) icraçı direktorunun müşaviri təyin olunub.

Bu barədə o özü sosial şəbəkə hesabında məlumat verib.

“Bu gündən fəaliyyətimi ABŞ-nin paytaxtı Vaşinqtonda - IMF-nin icraçı direktorunun müşaviri kimi davam etdirərək Fondun İdarə Heyətində (IH) Azərbaycanı təmsil edəcəyəm. BMT sisteminə daxil olan və 190 üzv ölkəni əhatə edən bu qlobal təşkilatın əsas məqsədi dünyada dayanıqlı artımın, iqtisadi və maliyyə sabitliyinin təmin olunmasına yönəldilən siyasətlərin təşviq olunmasıdır. İnanıram ki, yeni missiyam fondda ölkəmizin maraqlarını layiqincə təmin etməyimə və Azərbaycanda aparılan iqtisadi islahatlara daha çox töhfə verməyimə imkan yaradacaq. Digər tərəfdən də, IMF-nin İH-nə qoşulmaqla qlobal qərarvermə prosesinin iştirakçısı kimi dünya iqtisadiyyatında sabitliyin və dayanıqlı artımın təmin olunmasına töhfə vermək olduqca maraqlı təcrübə olacaq”, - deyə R.Həsənov qeyd edib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri