29 
Sen
2023
23:25
6
196
2269
Virtual karabakh

Sumqayıtda evdə partlayış olub, xəsarət alanlar var - YENİLƏNİB + FOTO/VİDEO

29 Sen, 2023
23:25
2269

Sumqayıtda evdə partlayış olub, xəsarət alanlar var - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sumqayıtda evdə baş verən partlayışın təfərrüatı məlum olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində mənzildə partlayış baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 47m² olan ikiotaqlı mənzildə, ilkin ehtimala görə, təmir işləri aparılan zaman təhlükəsizlik qaydalarının pozulması nəticəsində partlayışın baş verdiyi müəyyən olunub.

Hadisə nəticəsində mənzilin bir otağının döşəməsi qismən yanıb, partlayış dalğasının təsirindən 1 otağın pəncərə çərçivəsi yerindən çıxıb, mənzilə ziyan dəyib. Hadisə zamanı mənzilin sahibi 1978-ci il təvəllüdlü Əliyev Vitalik Qalyeviç və 1982-ci il təvəllüdlü Əliyeva Səbinə Talıb qızı müxtəlif dərəcəli xəsarətlər alıb.

FHN əməkdaşları tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

22:50

Sumqayıtda evdə partlayış olub, xəsarət alanlar var.

“Report”un məlumatına görə, hadisə şəhərin 10-cu mikrorayonu, bina 27, mənzil 54-də qeydə alınıb.

Partlayış ikiotaqlı evin 20 kvadratmetrlik zalında baş verib.

Xəsarət alanlar həmin mənzildə yaşayan Vitali Valeriyeviç və Səbinə Əliyevadır.

Partlayışın səbəbləri araşdırılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri