Okt
2023
10:40
6
84
879
Virtual karabakh

Salyanda iki avtomobil toqquşub, dörd nəfər xəsarət alıb

1 Okt, 2023
10:40
879

Salyanda iki avtomobil toqquşub, dörd nəfər xəsarət alıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Salyanda yol-nəqliyyat hadisəsində 4 nəfər xəsarət alıb.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə köhnə Ələt-Astara magistral yolunun şəhər ərazisindən keçən hissəsində - Akkuşa çayının yaxınlığında qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mercedes-Benz” markalı avtomobil digər minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində Sumqayıt şəhər sakini 2001-ci il təvəllüdlü Kənan Namiq oğlu Aslanzadə, Salyan rayon sakinləri - 2002-ci il təvəllüdlü Aydın Əmrah oğlu Sadıqov, 1990-cı il təvəllüdlü İsmayıl Rasim oğlu Qayıbov və 1981-ci il təvəllüdlü Alim Ağabala oğlu Novruzov müxtəlif dərəcəli xəsarət alıblar.

Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri