Okt
2023
10:54
375
10
1181
Virtual karabakh

Kamran Əliyev: “Cinayət törətmiş ermənilərə müraciət edirəm ki, könüllü təslim olsunlar”

1 Okt, 2023
10:54
1181

Kamran Əliyev: “Cinayət törətmiş ermənilərə müraciət edirəm ki, könüllü təslim olsunlar”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qarabağda 300-dən çox cinayət törətmiş erməni separatçısı beynəlxalq axtarışa verilib”.

Oxu.Az xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında bildirib.

“Tərəfimizdən həmin cinayətlərlə bağlı sübutlar toplanıb. Ümumilikdə, bu cür 300 cinayət işi açılıb. 300-dən çox cinayət törətmiş şəxs beynəlxalq axtarışa verilib. Həmin işlərlə bağlı sübutlar var”, - deyə o bildirib.

Qarabağ münaqişəsi başlayandan erməni separatçıları tərəfindən törədilən cinayətlərin hamısının qeydə alındığını diqqətə çatdıran Azərbaycanın Baş prokuroru cinayət törətdiyinə görə beynəlxalq axtarışa verilən erməniləri təslim olmağa səsləyib:

“Qanunsuz birləşmələrin üzvlərinə müraciət edirəm ki, könüllü şəkildə təslim olsunlar”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri