2 
Okt
2023
15:44
8
81
888
yuxarı
Cəlilabadda ağır qəza olub, xəsarət alanlar var
2 Okt, 2023
15:44
888
8
81
Cəlilabadda ağır qəza olub, xəsarət alanlar var
Cəlilabadda ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Muğan bürosunun məlumatına görə, hadisə köhnə Ələt-Astara yolunun Cəlilabad rayonunun Alar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, VAZ-2107 markalı minik avtomobili "Hyundai" markalı avtomobillə toqquşub.
Nəticədə 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar rayon xəstəxanasına çatdırılıblar. Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək